Avropa nüvə anlaşmasını qorumalıdır
Nüvə Alimləri Bülleteni adlı qrum Avropa Birliyinin İran ilə nüvə anlaşmasının qorunması istiqamətində daha artıq səy göstərməli olduğunu bildirib.
İRNA-nın məlumatına görə, Amerikada yerləşən Nüvə Alimləri Bülleteni adlı qrum bazar ertəsi günü bir yazıda bildirib: Avropalılar Tehran üçün həvəsləndirici addım olaraq İran ilə təhlükəsiz maliyyə şəbəkəsi yaratmalıdırlar. Bu addım Vaşinqtondakı ifratçılar üçün də bir mesaja malik olmuş olacaq. Bu mesaj amerikalıların təklikdə beynəlxalq maliyyə sisteminə təzyiq göstərməklə nüvə anlaşmasını zəiflədə bilməyəcəkləri anlamına gəlmiş olacaq.
Bu yazıda həmçinin deyilir: Tramp nüvə anlaşmasını poza biləcəyini düşünsə də, bu anlaşma Amerika və Avropanın İranın nüvə proqramının dinc məqsədlər üçün olmasından əmin olması üçün ən yaxşı yoldur.