Zəhərli yumurta rüsvayçılığı 15 Avropa ölkəsini məşğul edib
https://azeri.sahartv.ir/news/dünya-i279392-zəhərli_yumurta_rüsvayçılığı_15_avropa_ölkəsini_məşğul_edib
Avropa Komissiyası bildirib ki, 15 Avropa ölkəsi insan orqanizminə ziyanlı olan zəhərli yumurtaların satışa buraxılması məsələsi ilə məşğul olmalı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2017 16:27 Asia/Baku
  • Zəhərli yumurta rüsvayçılığı 15 Avropa ölkəsini məşğul edib
    Zəhərli yumurta rüsvayçılığı 15 Avropa ölkəsini məşğul edib

Avropa Komissiyası bildirib ki, 15 Avropa ölkəsi insan orqanizminə ziyanlı olan zəhərli yumurtaların satışa buraxılması məsələsi ilə məşğul olmalı olub.

Frans Pressin verdiyi məlumata görə, Avropa Komissiyası bu gün bildirib: İsveçrə və Honq Konqun da zəhərli yumurta problemi ilə üzləşən ölkələr sırasına əlavə olmaları ilə bu məsələ ilə məşğul olan ölkələrin sayı 15-ə çatıb. 

Avropa Komissiyasının sözçüsü deyib: Avropa Birliyində Belçika, Almaniya, İsveçrə, İsveç, Britaniya, Avstriya, İrlandiya, İtaliya, Luqsamburq, Polşa, Rumniya İslovakiya, Sloveniya və Danimarka tərkibində insan orqanizminə təhlükəli Fipronil maddəsi olan zəhərli yumurtalar məsələsi ilə məşğuldur. Avropa Komissiyasının bildirdiyinə görə, bu ölkələr yaxın günlərdə bu böhrandan ibrət almaq üçün iclas keçirəcəklər.