Sen 04, 2017 20:11 Asia/Baku
  • Məlalə Yusif Zəy
    Məlalə Yusif Zəy

2014-cü ildə Nobel sülh mükafatının laueratı olmuş pakistanlı yeniyetmə qız Məlalə Yusif Zəy Myanmanın xarici işlər naziri Anq San Suu Çi-yə məktubda bu ölkədə Ruhinqa müsəlmanlarının qırğın edilmələrinin dayandırılmasını istəyib.

Nobel sülh mükafatının ən gənc laueratı Məlalə Yusif Zəy Nobel sülh mükafatının digər laueratı Anq San Suu Çi-yə məktubda ondan öz qabiliyyətlərindən ruhinqalı müsəlmanlara qarşı zorakılıq, qırğın və əzabların dayandırılması üçün istifadə etməsini istəyib.

Məlalə Yusif Zəy dünyanın müxtəlif ölkələrindən istəyib ki, ruhinqalı müsəlmanlara kömək etsinlər.

Avqustun 25-dən bəri Myanma ordusunun və ifratçı buddistlərin Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı hücumlarının yeni dalğası zamanı 400-dən çox insan öldürülüb.

Belə bir halda, ruhinqalı müsəlmanların hüquqlarının müdafiəsi üzrə fəallar da bildiriblər ki, mindən çox ruhinqalı müsəlman Myanma ordusu tərəfindən öldürülübdür.

75 mindən çox ruhinqalı müsəlman da bu müddətdə Myanmanın təhlükəsizlik qüvvələrinin zorakılığı ucbatından Banqladeşə qaçıbdır.

Teqlər