İranın hərbi obyektlərinə baxış keçirmək AEBA-nın səlahiyyətində deyil
https://azeri.sahartv.ir/news/dünya-i285566-İranın_hərbi_obyektlərinə_baxış_keçirmək_aeba_nın_səlahiyyətində_deyil
Rusiya xarici işlər nazirinin müavini deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın hərbi obyektlərinə baxış keçirmək icazəsi yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 14:13 Asia/Baku
  • İranın hərbi obyektlərinə baxış keçirmək AEBA-nın səlahiyyətində deyil
    İranın hərbi obyektlərinə baxış keçirmək AEBA-nın səlahiyyətində deyil

Rusiya xarici işlər nazirinin müavini deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın hərbi obyektlərinə baxış keçirmək icazəsi yoxdur.

İTAR-TASS-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini və nüvə müzakirəçisi Sergey Ryabkov Moskvada iki günlük Nüvə Silahlarının Yayılmaması ilə bağlı Konfransda bildirib: İranın hərbi obyektləri ilə əlaqədar Əhatəli Müştərək Təşəbbüs Proqramının T bəndinə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin belə bir yoxlamalara icazəsi yoxdur və belə məsuliyyətləri üzərinə götürə bilməz. Çünki bu bənd agentliyin səlahiyyətlərindən kənar məsələlərlə əlaqədardır.