Okt 29, 2017 09:01 Asia/Baku
  • Səudiyyə Ərəbistanı ilə silah ticarətini dayandırması üçün Aİ-yə təzyiq artır
    Səudiyyə Ərəbistanı ilə silah ticarətini dayandırması üçün Aİ-yə təzyiq artır

Avropa Parlamentində olan dörd siyasi partiyanın liderləri Avropa İttifaqının xarici siyasət başçısı Federika Mogerinidən Səudiyyə Ərəbistanı ilə silah ticarətinə qadağa qoyulmasını istəyiblər.

Qardian qəzetinin yazdığına görə, Sosialist, Liberal, Yaşıllar Partiyaları, və Avropa Sol İttifaq Partiyasının liderləri Moqeriniyə ünvanladıqları məktublarında Avropa İttifaqının Səudiyyə Ərəbistanına silah ixracına göz yummasını tənqid ediblər.

Qardian yazıb: Federika Mogerini Avropa İttifaqından Səudiyyə Ərəbistanına silah satışına qadağa qoymaq səlahiyyətinə malikdir, ancaq bunu həyata keçirmək üçün Səudiyyə Ərəbistanına ən böyük silah ixracatçılarından biri olan İngiltərə də daxil olmaqla Avropa İttifaqına üzv ölkələrin dəstəyinə ehtiyaclıdır.

İngiltərə Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının başlanmasından bu yana Ərriyada 4 milyard funt-sterlinq dəyərində silah satışına lisenziya veribdir.

Teqlər