Avropa Birliyinin İrana qarşı sanksiyalar tətbiq etmək kimi bir niyyəti yoxdur
Avropa Birliyinin Kənd Təsərrüfatı məsələləri üzrə komissarı Fil Hoqan deyib: Heç bir Avropa ölkəsinin İrana qarşı sanksiya tətbiq etmək kimi bir niyyəti yoxdur.
Fil Hoqan şənbə günü axşam İRNA-ya verdiyi müsahibədə Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) ABŞ tərəfindən pozulacağı təqdirdə, Avropa Birliyinin Vaşinqtonun təzyiqləri altında İrana qarşı sanksiyalar tətbiq etməsi ehtimalı barədə deyib: Avropa Birliyi indiyə kimi nümayiş etdirdiyi əməkdaşlıq kursunu bundan sonra da olduğu kimi davam etdirmək niyyətindədir. Və heç şübhəsiz ki, Avropa Birliyinin İran ilə əməkdaşlıqlarını davam etdirməsi qarşısında hansısa maneə mövcud deyil.
Fil Hoqan həmçinin deyib: Avropa Birliyi "ƏMTP"-ni dəstəkləyir və bu xüsusda davamlı olaraq Amerikalılar ilə fikir mübadiləsi aparmaqdadır.
Avropa Birliyinin kənd təsərrüfatı məsələləri üzrə komissarı kənd təsərrüfatı sahəsində də Avropa Birliyinin İran ilə əməkdaşlıqlarını genişləndirmək niyyətində olduğunu bildirib.
Fil Hoqan şənbə günü avropalı iş adamlarından ibarət 70 nəfərlik bir heyətin müşayiəti ilə İrana səfər edib.