Noy 20, 2017 18:16 Asia/Baku
  • Yaponiya ABŞ-a etiraz edib
    Yaponiya ABŞ-a etiraz edib

Okinava adasında bir yapon vətəndaşın Amerikan hərbçi tərəfindən avtomobillə vurularaq öldürülməsindən sonra Yaponiya dövləti ABŞ-a öz etirazını bildirib.

İRİB-in verdiyi məlumata görə, Yaponiya hökumət sözçüsü və nazirlər kabinetinin birinci katibi Yoşihide Suqa dünən bir amerikan hərbçinin idarə etdiyi avtomobillə bir yapon vətəndaşı vuraraq öldürməsinə münasibət bildirərkən Yaponiya dövlətinin bu hadisə ilə əlaqədar ABŞ dövlətinə etirazını bildirib. 

Dünən bir amerikan hərbçi sərxoş halda idarə etdiyi avtomobili ilə Okinava adasında bir yapon vətəndaşı vurub, qəza nəticəsində yapon vətəndaş həyatını itirib. 

Qanunsuzluğa yol verən amerikan hərbçi Nikolas Ceyms Mak Lin Okinava polisi tərəfindən saxlanılıb. Okinavada bu kimi hallar tez tez baş verir. 

2-ci dünya müharibəsindən uzun illər keçsə də 50 min amerikan hərbçi hələ də Yaponiyanın Okinava adasında fəaliyyət göstərir. Yaponlar dəfələrlə etiraz aksiyası keçirərək amerikan hərbçilərin bu adadan çıxarılmasını istəyiblər. 

Teqlər