Texasda silahlı insidentdə polis öldü
ABŞ-da silahlı insidentlərin davamında bir polis məmuru öldürülüb.
Associated Pressin məlumatına görə, ABŞ-ın əyalət polis məmuruna Texasın şərqində avtomobili durdurarkən atəş açılıb, polis yerindəcə ölüb.
Texas ictimai təhlükəsizlik idarəsi bir bəyanatda bildirib ki, 41 yaşlı qatiil Damon Allen saxlanılıb.
Bu şəxs yol hərəkəti qaydalarını pozması, dövlət məmuruna hücum etmək, həbsdən qaçmaq ittihamı ilə cinayətkar hesab olunub.
Hər gün ABŞ-ın müxtəlif ştatlarında çoxlu sayda insan silahlı insident nəticəsində həlak olur və ya yaralanır.
Statistikalara əsasən, ABŞ əhalisinin sayına görə, ən çox yüngül silaha malik ölkədir. Belə ki, hər 100 nəfərə 90 ədəd tüfəng və tapança silahı düşür.
Silahı dəstəkləyən lobbinin Demokrat və Respublikaçı partiyalarında, hökumət və konqresdəki nüfuzuna görə, bu ölkədə odlu silahları əldə etməyi məhdudlaşdırmaq üçün addım atılmır.