Beynəlxalq miqrasiya təşkilatı: Aralıq dənizi dünyanın ən ölümcül sərhəddidir
Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, 2000-ci ildən bəri Aralıq dənizi vasitəsi ilə Avropaya getmək istəyən 33 mindən çox miqrant həyatını itirib.
Röytersin verdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının üzvü olan Xorxe Qalindo dünən Cenevrədə mətbuat konfransında etdiyi çıxışında deyib: Təşkilatın hesabatı göstərir ki, 2000-2017-ci illərdə Aralıq dənizində 33 min 761 nəfər həlak olub yaxud itkin düşüb və bu illərdə Avropanın Aralıq dənizi sərhəddi dünyanın ən ölümcül sərhəddi olub.
Avropa Birliyinin miqrasiya siyasətləri mərkəzinin rəhbəri Professor Filipe Farques həmin hesabatda bildirib ki, qısa və az təhlükəli olan yolların bağlanması miqrantların uzun və təhlükəli yollara üz tutmalarına və nəhayət Aralıq dənizində ölüm ehtimalının artmasına səbəb olub.
Rəsmi statistikalara görə, sadəcə 2017-ci ildə Aralıq dənizini Avropa sahillərinə doğru keçmək istəyən 3 min miqrant itkin düşüb.
Farques deyib: Rəsmi statistikalar Aralıq dənizində insani tragediyanın həqiqi rəqəmlərini əks etdirmir.