Noy 27, 2017 12:52 Asia/Baku
  • Rumıniyada anti-hökumət aksiyası
    Rumıniyada anti-hökumət aksiyası

Rumıniya xalqından minlərlə nəfər dünən korrupsiya ilə mübarizəni zəiflətməyə cəhd göstərməkdə ittiham olunan bu ölkənin solçu hökumətinin siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

Paytaxt Buxarest şəhəri daxil olmaqla Rumıniyanın iri şəhərlərində aksiya keçirənlər onların nəzərincə, hakim sosial-demokrat qolunun nəzərdə tutduğu islahatlara görə xətərə düşmüş məhkəmə hakimiyyətinin istiqlaliyyətini himayə şüarı ilə küçələrə axışıblar.

Rumıniya polisinin bildirdiyinə görə, on iki minə yaxın insan Buxarest aksiyasında iştirak edibdir.

Etirazçılar şüarlar verərək, ölkələrində pozğun rəsmilərin mövcud olmasını pisləyib və onların istefaya getmələrini tələb ediblər. 

Rumıniyanın vətəndaş cəmiyyətindən təqribən qırx qrup birgə bəyanatda vurğulayıbdır ki, siyasi bir mafiya ölkənin nəzarətini əlinə alıbdır.

Teqlər