Amerikada növbəti əxlaqsızlıq olayı
https://azeri.sahartv.ir/news/dünya-i287695-amerikada_növbəti_əxlaqsızlıq_olayı
ABŞ-da Demokrat Partiyasının üzvü olan bir senatora qarşı əxlaqsızlıq ittihamına görə o Senatın komitələrindən birinin sədrliyindən kənarlaşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 08:52 Asia/Baku
  • Amerikada növbəti əxlaqsızlıq olayı
    Amerikada növbəti əxlaqsızlıq olayı

ABŞ-da Demokrat Partiyasının üzvü olan bir senatora qarşı əxlaqsızlıq ittihamına görə o Senatın komitələrindən birinin sədrliyindən kənarlaşdırılıb.

AP-nin verdiyi məlumata görə, ABŞ senatının qanunlar komitəsi dünən Demokrat Partiyasından olan senator Toni Menduzanı sığorta, bankçılıq və maliyyə müəssisələri komitəsindən uzaqlaşdırıb və onun heyətlər və komissiyalara üzvlüyünü ləğv edib. 

Menduza vaxtı ilə ona işləyən üç qadına qarşı cinsi su-istifadədə ittiham olunur. 

ABŞ senatı bu iş  barədə Senatdan kənar bir şirkəti təhqiqata cəlb etmək istəyir. 

Amerikada siyasi və kino simaların seksual cinayətləri son aylarda bu ölkədə geniş qalmaqallara səbəb olmuşdur.