Noy 30, 2017 20:20 Asia/Baku
  • Pakistanda şiə namazqılanlara hücum pisləndi
    Pakistanda şiə namazqılanlara hücum pisləndi

Pakistan partiyaları, o cümlədən Müsəlmanların Birliyi Məclisi, Sünni Birlik Şurası, İnsaf Birliyi İslamabadda şiə namazqılanlara qarşı terror aktını qınayıblar.

Səhərin urdu dilli radio və televiziyasının məlumatına görə, Pakistan Müsəlmanların Birliyi Məclisinin baş katibi Əllamə Raca Nasir Abbas Cəfəri təhlükəsizliyin təmin olunması ilə bağlı hökumətin acizliyini tənqid edib və ölkənin müxtəlif bölgələrində şiələrin amanda olmadığını deyib.

Pakistan Müsəlmanların Birliyi Məclisinin baş katibi ötən gecə İslamabad şəhərində şiələrə qarşı terror aktını pisləyərək Pakistan hökumətindən bu cinayəti törədənləri müəyyənləşdirərək cəzalandırmasını istəyib.

Ötən gecə İslamabadda motosikletçi terrorçular Babul-Elm məscidindən çıxan namazqılanları atəşə tutublar. Nəticədə iki namaz qılan şəhid olub, dörd nəfər də yaralanıb.

İndiyə qədər bir şəxs və ya bir qrup bu terror aktının məsuliyyətini üzərinə götürməyib.

Teqlər