Dek 30, 2017 18:22 Asia/Baku
  • Pakistan XİN rəhbəri Amerikanı qınayıb
    Pakistan XİN rəhbəri Amerikanı qınayıb

Pakistanın xarici işlər naziri deyib: Pakistanın Amerika ilə dostuğu ziyandan başqa bu ölkəyə heç nə qazandırmayıb.

Səhər Ordu telekanalının verdiyi məlumata görə, Pakistan XİN rəhbəri Xacə Məhəmməd Asəf dünən Pakistanın Pincab vilayətinin Sialkut şəhərində müxbirlərə verdiyi müsahibədə deyib: İslamabadın Vaşinqton ilə dostluğu ziyanlıdır və Amerika sadəcə öz mənafeyini düşünür. 

Pakistanın XİN rəhbəri deyib: İslamabadın Vaşinqtonun yardımına heç bir ehtiyacı yoxdur. 

Xacə Asəf öncədə Ağ evin İslamabada qarşı bəyanatlarını Vaşinqtonun Əfqanıstan müharibəsində məğlubiyyətini qəbul etməsi kimi dəyərləndirmişdi. 

Deyilənlərə görə ABŞ dövlətinin Pakistan dövlətinin Əfqanıstan və Hindistnan barədə tələblərinə laqydliyi Vaşinqton-İslamabad əlaqələrində ən əsas çaxnaşma amilidir. 

ABŞ prezidenti Donald Tramp 21 avqustda Pakistan və Əfqanıstan barədə yeni strategiyasında Pakistanı terrorçular üçün təhlükəsiz sığınacaq adlandırmışdır və bu rəsmi İslamabadı qəzəbləndirib.  

Teqlər