Yan 21, 2018 09:51 Asia/Baku
  • Rumıniyada korrupsiya əleyhinə aksiya
    Rumıniyada korrupsiya əleyhinə aksiya

Şənbə günü axşam Rumıniyanın müxtəlif şəhərlərində o cümlədən paytaxt Buxarestdə on minlərlə insan küçələrə axışaraq, hakim partiyanın korrupsiyaya qurşanmasına və məhkəmə sistemini zəiflətməyə çalışmasına etiraz edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, sadəcə paytaxt Buxarestdə təqribən 50 min nəfər, qeyri-münasib hava şəraitinə baxmayaraq, küçələrə axışıb. 

Rumıniya ötən aylarda korrupsiya əleyhinə geniş etiraz aksiyalarının şahidi olub. Xalq bu ölkə rəsmilərinin iqtisadi vəziyyətin yaxşılaşdırılmsında aciz olmasını tənqid edir. 

Rumıniya dövləti 2017-ci ildə Parlamentə göndərmədən 2 qanun layhəs qəbul edib. Bu qanun layihələrinə əsasən Rumıniyanın məhkəmə hakimiyyətinin korrupsiya əleyhinə mübarizədəki səlahiyyətləri azaldılıb. Belə ki, artıq Rumıniya məhkəmələri korrupsiyada şübhəli bilinən məhkəmə hakimləri barədə istintiaq aparmaq səlahiyyəti yoxdur. Həmçinin, Rumıniyanın Ədliyyə Nazirliyi məhkəmə sistemi və məhkəmə hakimləri üzərindəki nəzarətini möhkəmləndirib. 

Teqlər