Yan 22, 2018 12:17 Asia/Baku
  • Yaponiya Okinavada amerikalı hərbçilərə xəbərdarlıq etdi
    Yaponiya Okinavada amerikalı hərbçilərə xəbərdarlıq etdi

Yaponiya müdafiə naziri amerikalı hərbçilərin bu ölkədə iştirakı ilə əlaqədar hadisələrin artması haqda xəbərdarlıq edib.

Kiodo informasiya agentliyinin məlumatına görə, İtsunori Onodera bazar ertəsi günü deyib: 2017-ci ildə Yaponiyada ABŞ hərbçilərinin təyyarə qəzaları ötən illə müqayisədə iki dəfə artıb və bu məsələ Yaponiya dövləti və xalqını nigaran edib. 

ABŞ ordusunun iki ədəd hərbi helikopterinin Okinava adasında məcburi eniş etməsi ardınca, Onodera 9 yanvarda ABŞ-ın Sakit Okeandakı dəniz qoşunlarının komandanı Adam Herri Herislə görüşüb və ondan analoji təhlükəli hadisələrin təkrarlanmasının qarşısının alınması üçün səy göstərməsini istəyib. 

Təyyarələrin uçuşun təhlükəsiz olması və Okinava adasında yerləşən amerikalı hərbçilərin əməliyyatı məsələsi bu bölgədə gərginlik amili olmuşdur. 

ABŞ ordusu Okinavada Fotinma dəniz bazasında onlarla qırıcı təyyarə yerləşdirib. Bu təyyarələrin qəzası hallarının çox olması yerli sakinlər üçün ciddi nigaranlıqlar yaradıb. 

Teqlər