Çexiyada kimyəvi maddələr zavodunda güclü partlayış baş verib
Çexiya Respublikasında kimyəvi məhsullar təsisatında güclü partlayış nəticəsində indiyədək altı nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.
Neft və plastik məmulatlar istehsal edən "Yuni Petrol" şirkəti bildirib ki, bu şirkətin neftayırma zavodunun yanacaq və əlavə maddələr anbarlarından birində partlayış baş verib. Yardım və fövqəladə xidmətlər üzrə qüvvələr lazımi tədbirlər görməkdədirlər.
Yardım əməliyyatı üzrə məsul şəxslər inidiyədək partlayış amilinin nə oldğunu müəyyən edə bilməyiblər.
"Yuni Petrol" qısa bir bəyanatda bildiribdir ki, kimyəvi maddələrin saxlanıldığı tankerlərdən biri alovlanıb və xətər aradan qaldırılıbdır.
Çexiya Respublikası televiziyasının məlumatına görə, Krapoli məntəqəsinin sakinlərini xətər təhdid etmir, zira bu təsisat şəhərdən uzaqda yerləşir.
"Yuni Petrol" Çexiya Respublikasında plastik maddələr üzrə ən böyük istehsalçı və xam neft paylayıcısıdır.