Pakistanın cənubunda şiələrin terror edilməsi davam edir
https://azeri.sahartv.ir/news/dünya-i299630-pakistanın_cənubunda_şiələrin_terror_edilməsi_davam_edir
Terrorçular Pakistanın Send əyalətinin mərkəzində bir şiə şəxsi terror ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2018 14:24 Asia/Baku
  • Pakistanın cənubunda şiələrin terror edilməsi davam edir
    Pakistanın cənubunda şiələrin terror edilməsi davam edir

Terrorçular Pakistanın Send əyalətinin mərkəzində bir şiə şəxsi terror ediblər.

Dünən bir motosikletə minmiş terrorçular Pakistanın Kəraçi şəhərindəki Rəzəviyyə məntəqəsində bir avtomobilin sərnişinlərinə hücum edərək, onları atəşə tutublar. Nəticədə bir şiə şəxs terror edilib, iki nəfər də yaralanıbdır.

İndiyədək bir şəxs və ya qrup bu terror hücumunun məsuliyyətinni üzərinə götürməyibdir.

Send əyaləti ötən illərdən bəri terror qruplarının hücumlarının şahidi olubdur.

Ötən illərdə terrorçular bir neçə dəfə Kəraçidə və Heydərabadda şiələri terror hücumlarına məruz qoyublar.

Bəzi terror qrupları, o sıradan Cəmaətuləhrar, Sepahe Səhabe və Ləşkəre Chəngvi Pakistanın cənubunda şiələrin hədəfə alınmalarında rol oynayırlar.

Pakistanın 200 milyon nəfərlik əhalisinin təqribən 20 faizini şiələr təşkil edirlər.