Amerika yəhudilər komitəsi səud vəliəhdini alqışlayıb
Amerika yəhudilər komitəsi Ərəbistan vəliəhdinin Atlantik nəşri ilə müsahibədə sionist ölkənin mövcudluğunu dəstəkləməsinə dair son sözlərini alqışlayıb.
Amerika yəhudilər komitəsi öz twitter mesajında yazıb: Ərəbistan vəliəhdi Muhəmməd bin Salman bildirib ki, sionistlər öz dövlətlərinə malik olmaq haqqına malikdirlər. Halbuki heç bir səud başçısı yetmiş il bundan öncə belə bir mətləbi etiraf etməmişdi.
Muhəmməd bin Salman Atlantik nəşri ilə müsahibədə həmçinin İrana qarşı əsassız iddiaları təkrarlayaraq, iddia edibdir ki, İran regionda "şər işlər üçbucağı"nın bir hissəsidir və ona hökmranlıq etmək niyyətindədir.
Bundan öncə Amerikada çıxan Nyu-Yorker jurnalı bu ölkənin sabiq rəsmilərindən birinə istinadla belə yazmışdı: Donald Tramp dövləti Yaxın Şərq regionunda dəyişiklik üçün bir muzdur axtarırdı və qərara aldı, Ərəbistan vəliəhdi Muhəmməd bin Salmana dəstək versin ki, Tramp dövlətinin nəzərdə tutduğu dəyişikliyi regionda yaratmış olsun.