Avropada etirazlar \ Suriya əleyhinə hərbi müdaxiləyə "yox"
Avropa ölkələri Suriya əleyhinə hərbi hücuma qarşı etiraz aksiyalarının şahididir.
Faşizm ilə mübarizə hərəkatı və Almaniyada yaşayan suriyalı mühacirlər cəmiyyəti Berlində aksiya təşkil edərək, ABŞ, Britaniya və Fransanın Suriya əleyhinə hərbi müdaxiləsinə etiraz ediblər.
Aksiya iştirakçıları Suriya ordusunu himayə üzrə şüarlar verərək, Suriyanın terrorçuların işğalından azad edilməsi və ölkənin bu mənfur ünsürlərdən təmizlənməsi istiqamətində Suriya dövləti və ordusunu dəstəklədiklərini bildiriblər.
Nümayiş iştirakçıları həmçinin, Suriyaya edilən hücumun bu ölkədə terrorçulara qarşı mübarizənin daha da gücləndirilməsinə səbəb olacağını deyiblər.
İtaliyada da müharibə əleyhdarı olan aktivistlər ABŞ-ın Romadakı səfirliyi önündə piket keçirərək, Suriya əleyhinə hərbi müdaxiləni qınayıblar.
Piket iştirakçıları deyiblər: Bu hücum benəlxalq qanunların aşkar formada pozulması və Suriyanın suverenliyi və müstəqilliyinə qarşı aşkar təcavüzdür.
ABŞ, Britaniya və Fransanın şənbə günü Suriyaya olan raket hücumlarının ardınca İsveçrə və Avstriya Suriyada gərginliyin azaldılması istiqamətində təcili ciddi addımların atılmasını istəyiblər.
İsveçrənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib: Suriyada gərginliyin azaldılması prioritet məsələdir və İsveçrə Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasını istəyir.
Avstriyanın kansleri Sebastyan Kurts və bu ölkənin xarici işlər naziri Karin Knisl da Suriyada böhranın dərinləşməsindən nigaranlıq ediblər.