Apr 18, 2018 12:29 Asia/Baku
  • Serj Sarkistan Ermənistanın baş naziri oldu

Ermənistan parlamenti eks-prezident Serj Sarkisyanı baş nazir seçib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ermənistan parlamenti 77 lehinə və 17 əleyhinə səslə Sarkisyanı baş nazir seçib.

Serj Sarkisyan baş nazir seçilməsindən öncə Ermənistan parlamentində etdiyi çıxışında baş nazir postuna  yiyələnməkdə məqsədinin ölkənin təhlükəsizliyindən əmin olmaq, ordunu gücləndirmək və Qarabağ münaqişəsini həll etmək olduğunu iddia edib.

Sarkisyan həmçinin, başçılıq etdiyi hökumətin əsas prioritetinin ölkədə inkişafa nail olmaq olduğunu iddia edərək, buna nail olmaq üçün müxalifətdə olan partiyalar ilə əməkdaşlıq edəcəyini, onların proqramlarını həyata keçirəcəyini deyib.

Sarkisyanın bu iddiasına baxmayaraq, onun iki dövr üçün prezident olduğu müddət ərzində Ermənistan heç bir inkişafın şahidi olmayıb, ölkə əhalisi hər gün daha da artan sosial ədalətsizlik  işsizlik, korrupsiya və iqtisadi böhran altında əzilməkdə davam edib.

Ermənistan parlamentinin Serj Sarkisyanı baş nazir seçməsinə etiraz olaraq artıq bir neçə gündür ki, paytaxt İrəvanda geniş xalq etirazları keçirilir. Hökumət isə polis gücünə xalqı susdurmağa çalışır.

Teqlər