Ermənistan baş naziri mayın birində seçiləcək
Ermənistan parlamentinin sədri bu ölkənin baş nazirinin mayın birində seçiləcəyini bildirib.
Ara Babloyan bu ölkə parlamentində baş nazirin seçilməsi üzrə səsvermənin mayın birində keçiriləcəyini bildirib.
Ermənistan əsas qanununa görə, baş nazirin istefasından sonra yeddi gün ərzində parlamentdəki fraksiyalar öz namizədlərini təqdim etməlidirlər və ondan sonra seçkilər keçiriləcəkdir.
Ermənistan müxalifəti deyir ki, hakim respublikaçılar partiyasından başqa, bütün Ermənistan partiyaları müxalifətə qoşulublar; buna görə, belə bir imkan mövcuddur ki, həmin partiyaların fraksiya üzvləri etirazçıların lideri Nikol Paşinyanı baş nazir seçsinlər.
Ermənistanda anti-hökumət aksiyalarının davam etməsilə bu ölkənin yeni baş naziri Serj Sarkisyan bazar ertəsi günü öz vəzifəsindən istefa verdi.
Serj Sarkisyanın müxalifləri onu əsas qanunda düzəlişlər apararaq, ona əsasən baş nazir olub, hakimiyyətdə qalmaq ardınca olmaqda ittiham ediblər.
2008-ci ildən Ermənistan prezidenti olmuş Serj Sarkisyan prezidentlik dövrü bitdikdən sonra aprelin 17-də parlamentdə keçirilən səsvermədə bu ölkənin baş naziri seçilmişdi.