Ermənistan müxalifət liderinin qalmaqallı açıqlaması
https://azeri.sahartv.ir/news/dünya-i304802-ermənistan_müxalifət_liderinin_qalmaqallı_açıqlaması
Ermənistan hökuməti müxalifətinin lideri baş nazir olana qədər etirazların davam etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 15:23 Asia/Baku
  • Ermənistan müxalifət liderinin qalmaqallı açıqlaması

Ermənistan hökuməti müxalifətinin lideri baş nazir olana qədər etirazların davam etməsindən xəbər verib.

İRNA-nın Rusiyanın 2-ci televiziyasına istinadla verdiyi məlumata görə, Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan İrəvanda etirazçılar qarşısında deyib: Baş nazir olacağım zamana qədər etirazlar davam edəcək. 

Paşinyan Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyana xitabən deyib ki, istefa verməlidir. Belə olmadığı halda, növbədənkənar parlament seçkilərini boykot edəcək. 

Müxalifət lideri həmçinin deyib: Gələn iki günə qədər Ermənistandakı etiraz aksiyalarının İrəvandan başqa şəhərlərə, o cümlədən Gümrü və Vanadzur şəhərlərinə yayılması mümkündür. 

Karen Karapetyan Serj Sarkisyanın istefasından bir neçə gün sonra müvəqqəti baş nazir seçilib. 

Paşinyan həmçinin hədələyib ki, dövlət binalarının müxalifət tərəfindən mühasirəyə alınması mümkündür. Etirazçıların tələbləri və onun baş nazir vəzifəsinə təsdiqlənməsinin lehinə cavab verilməzsə, növbəti seçkilər boykot ediləcək. 

Yelk fraksiyası Paşinyanı baş nazir vəzifəsinə namizəd olaraq elan edib. 

Parlamentdə Yelk fraksiyasının 9, Tsarukyan blokunun isə 31 yeri vardır. Paşinyan baş nazir vəzifəsinə seçilmək üçün parlamentdə 53 səsə ehtiyaclıdır. 

Ermənistan parlamentinin sədri Ara Babloyan ötən cümə axşamı günü deyib: Ermənistan Konstitusiyasına əsasən parlamentdə baş nazir seçkisi 1 mayda keçiriləcək.