Avropa ölkələrinin Trampın qərarına reaksiyaları
Avropa ölkələri dünən gecə Donald Trampın İranla nüvə sazişindən çıxmasına reaksiya göstərərək bu sazişi dəstəkləyiblər və onun qorunub-saxlanılmasına təkid ediblər.
Britaniya, Almaniya və Fransa başçıları ABŞ prezidentinin Əhatəli Müştərək Təşşəbbüs Proqramından(ƏMTP) çıxmağa qərar verməsindən sonra bir bəyanat yayaraq İranla nüvə sazişinə sadiq qaldıqlarını vurğulayıblar.
Avropa Şurasının sədri Donald Tosk Tvitter səhifəsində yazıb: Donald Trampın İranla razılaşmaya və ticarətə qarşı siyasətləri Avropada vahid mövqe ilə qarşılaşacaq. Avropa Birliyi rəhbərləri gələn həftə Sofiya iclasında bu iki məsələnin həllinə səy göstərəcəklər.
Britaniyanın XİN başçısı Boris Conson da tvitt ataraq yazıb: Amerikanın İranla nüvə sazişindən çıxması çox təəssüfləndiricidir. Britaniya ƏMTP-yə qətiyyətlə sadiqdir və 3 avropalı ortağı və digər tərəflərlə bu razılaşmanın qorunub saxlanılması üçün əməkdaşlıq edəcək. Biz ABŞ-ın təşəbbüsü barədə əlavə təfərrüatlar gözləyirik.
İrlandiya dünən ABŞ-ın İranla nüvə sazişindən çıxması ilə əlaqədar ABŞ hökumətini bu qərara yenidən baxmağa çağırıb.
İtaliya baş naziri Paulo Centiloni də Trampın son qərarının ardınca öz tvitter səhfəsində ƏMTP-ni dəstəkləyib və onun qorunub-saxlanılmalı olduğunu vurğulayıb.
Norveçin XİN başçısı İne Mari Erikson Soride də tvitt ataraq ABŞ prezidentinin ƏMTP barədəki son qərarından təəssüfləndiyini bildirib, İran və digər tərəfləri bu razılaşmada davam etməyə çağırıb.
Avstriyanın xarici işlər naziri Karin Knessl isə ABŞ prezidentinin nüvə sazişi barədəki qərarına reaksiyada bu razılaşmaya dəstəyini elan edib və bildirib ki, ƏMTP müsbət nəticələrə gətirib çıxarmışdır.
Eyni zamanda Belçikanın baş naziri Çarls Mişel də Trampın nüvə sazişindən çıxmaq qərarından təəssüfləndiyini bildirərək deyib: Bu razılaşmadan çıxmaq, Orta Şərqdə əlavə destabillik deməkdir.
Çarls Mişel deyib: Avropa Birliyi və onun beynəlxalq ortaqları bundan sonra da ƏMTP-yə sadiq qalmalı,İran da bu barədə öz öhdəliklərinin icrasını davam etdirməlidir.