Quterreş nüvə sazişinin tərəflərini öz öhdəliklərini yerinə yetirməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının baş katibi Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması və İrana qarşı sanksiyaları bərpa etməsindən kəskin nigaranlıq ifadə edərək bu razılaşmanın digər tərəflərini öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.
İRNA-nın verdiyi məlumata görə, BMT baş katibi Antonio Quterreş dünən ABŞ prezidentinin Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasını bildirməsindən sonra ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək qərarından nigaran qaldığını bildirib və bir bəyanat yayaraq vurğulayıb ki, ƏMTP beynəlxalq və regional sülh və təhlükəsizliyə öz töhfəsini verən böyük nailiyyətdir.
Eyni zamanda Amerikanın Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü "Gary Sick" Amerikanın ƏMTP-dən çıxmasını Trampın tarixi səhvi adlandırıb və deyib: Bu qərar Amerikanı avropalı müttəfiqləri və nüvə sazişinin digər tərəfləri ilə üz-üzə qoyacaq