Rəcəb Akdağ: Qərb Türkiyədə gərginlik və terror istəyir
https://azeri.sahartv.ir/news/dünya-i310878-rəcəb_akdağ_qərb_türkiyədə_gərginlik_və_terror_istəyir
Türkiyə baş nazirinin müavini Qərb dövlətlərinin özəlliklə Fransa və Amerikanın Türkiyədə gərginlik və terror arzuladıqlarını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2018 05:03 Asia/Baku
  • Rəcəb Akdağ: Qərb Türkiyədə gərginlik və terror istəyir

Türkiyə baş nazirinin müavini Qərb dövlətlərinin özəlliklə Fransa və Amerikanın Türkiyədə gərginlik və terror arzuladıqlarını deyib.

Türkiyənin baş nazir müavini Rəcəb Akdağ Xəbər Türk kanalına verdiyi müsahibədə deyib: Qərb dövlətləri Türkiyədə fövqəladə vəziyyətin davam etməsindən nigarandırlar. Onlar fövqəladə vəziyyətin ləğv edilməsini və terrorun davam etməsinə şəraitin yaradılmasını istəyirlər.

Rəcəb Akdağ əlavə edib: Ölkənin Fetö təhlükəsindən tam şəkildə xilas olduğundan əmin olana kimi fövqəladə vəziyyətin vaxtı uzadılacaq. 

Türkiyədə fövqəladə vəziyyət 15 iyul 2016-cı ildə dövlət çevrilişinə uğursuz cəhdin ardınca elan edilib.