Rusiya və Avropa ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı mübarizə sahəsində razılığa gəliblər
İyul 17, 2018 19:51 Asia/Baku
Rusiyanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi ABŞ-ın İran əleyhinə sanksiyalarının önlənilməsi barədə Avropa tərəfi ilə razılığın əldə olunmasından xəbər verib.
İnterfaks-ın verdiyi məlumata görə, Mixail Ulyanov çərşənbə axşamı deyib: Bu anlaşma ABŞ-ın birtərəfli sanksiyaları müqabilində şirkətlər və iş adamlarının iqtisadi fəaliyyətlərini himayə etmək məqsədi daşıyır.
İnterfaks Ulyanova istinadla bildirib: Ruslar və avropalılar bu xüsusda birgə tədbir planının hazırlanmasına dair razilığa gəliblər.