Zaxarova: Gürcüstan Rusiyaya nəzarət etmək üçün vasitəyə çevrilib
https://azeri.sahartv.ir/news/dünya-i317995-zaxarova_gürcüstan_rusiyaya_nəzarət_etmək_üçün_vasitəyə_çevrilib
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi cümə axşamı günü deyib: Gürcüstan Qara Dəniz və Cənubi Qafqaz regionunda Moskvanı idarə etmək üçün qərbin siyasətlərinin vasitəsinə çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2018 04:40 Asia/Baku
  • Zaxarova: Gürcüstan Rusiyaya nəzarət etmək üçün vasitəyə çevrilib
    Zaxarova: Gürcüstan Rusiyaya nəzarət etmək üçün vasitəyə çevrilib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi cümə axşamı günü deyib: Gürcüstan Qara Dəniz və Cənubi Qafqaz regionunda Moskvanı idarə etmək üçün qərbin siyasətlərinin vasitəsinə çevrilib.

İRNA-nın məlumatına görə, Mariya Zaxarova əlavə edib: Yaxşı olar, gürcü siyasətçilər öz ölkələrinin milli mənafeyini nəzərdə tutsunlar. 

Rusiya XİN sözçüsü Vaşinqtonun Gürcüstanı Rusiya ilə mübarizə aparmaq üçün silahlandıracağına dair ABŞ Dövlət Departamentinin rəsmilərindən birinin son açıqlamasına toxunaraq deyib: Gürcüstan siyasətçiləri başqalarının mənafeyinə xidmət etməyin əbəs iş olduğunu anlamalıdırlar. 

NATO baş katibi Yens Stoltenberq cümə axşamı günü Gürcüstan baş naziri Mamuka Baxtadze ilə Brüsseldə keçirdi birgə mətbuat konfransında deyib: NATO-nun son Brüssel sammitində bu alyansa üzv bütün 29 ölkə Gürcüstanın NATO-ya üzv olmasını təsdiqlədi.