Avropa Trampla qarşılaşmada alternativ plana ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/dünya-i318160-avropa_trampla_qarşılaşmada_alternativ_plana_ehtiyaclıdır
Münhen Təhlükəsizlik Konfransının rəhbəri ABŞ prezidentinin NATO əleyhinə mövqeyini sərt şəkildə tənqid edərək deyib: Avropanın alternativ plana ehtiyacı var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2018 15:33 Asia/Baku
  • Avropa Trampla qarşılaşmada alternativ plana ehtiyaclıdır

Münhen Təhlükəsizlik Konfransının rəhbəri ABŞ prezidentinin NATO əleyhinə mövqeyini sərt şəkildə tənqid edərək deyib: Avropanın alternativ plana ehtiyacı var.

Nyu-York Taymsın məlumatına görə, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger deyib: Son günlər hələ də Avropanın ABŞ-dan ayrılmamasını güman edən Avropa ölkələri üçün çox ağır günlər olmuşdur.

İşinger əlavə edib: ABŞ prezidenti NATO liderlərinin Brüssel sammitini qarışdırdı, Britaniyada ev sahiblərinə hörmətsizlik etdi, Avropa Birliyini ABŞ-ın düşməni adlandırdı və Rusiya prezidenti Vladimir Putini yaxşı rəqib hesab etdi.

Almaniyanın ABŞ-dakı sabiq səfiri bildirib: Trampın inancları 1940-cı illərin ortalarından əsası qoyulan qərbin böyük strategiyasının prinsip və parametrləri ilə ziddiyyətdədir. Çünki Tramp NATO-ya ayrılan müdafiə və hərbi xərclərdə avropalı şəriklərin bu ölkədən sui-istifadə etdiklərini iddia edir.

İşinger əlavə edib: Tramp beynəlxalq liberallaşma ilə tam müxalifəti təqdim edir.

Alman diplomat deyib: Avropa artıq ABŞ hökumətinin və bu ölkə hökumət sisteminin sözləri və vədlərinə etimad edə bilməz.