Avq 06, 2018 13:15 Asia/Baku
  • Avstraliyada quraqlığın böyük fəsadları
    Avstraliyada quraqlığın böyük fəsadları

Avstraliya cari ildə ötən illərə nisbətən ən isti ili təcrübə edir və bu ölkənin fermerləri misli görünməmiş bir quraqlıqla üzləşiblər.

Avstraliya cari ildə ötən illərə nisbətən ən isti ili təcrübə edir və bu ölkənin fermerləri deyirlər ki, öz həyatlarında misli görünməmiş bir quraqlıqla üzləşiblər və bu quraqlıq əkinçilyi ciddi şəkildə təhdid edibdir.

Orta səviyyədən yuxarı istiliyin ardınca bəzi məntəqələrdə qeydə alınmış yağıntılar əkin sahələrini təsir altına alıbdır. Avstraliyanın qərbinin bir hissəsində iqlim şəraitinin  yaxşılaşdığ bir halda, bu ölkənin şərq hissəsindəki qış yağışları azalıbdır və əkinçilər quru torpaqlarda toxum əkə bilmirlər. Mal-qara da daha bu torpaqlarda qidalanmağa qadir deyildir. Bu ölkənin cənub-şərqində yerləşən "Nyu Savt Uels" əyaləti quraqlıqla daha çox çarpışıbdır. Bu məntəqədə fermerlərin və maldarların təqribən 99 faizi kəskin quraqlıqan tamamilə zərər çəkibdir. Misli görünməmiş istilər həmçinin bu ölkənin mal-qarasına böyük xəsarətlər vurubdur.