V.Nebenzya Suriyada İŞİD-in Əlqaidə ilə əvəz edilməsi haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i320696-v.nebenzya_suriyada_İŞİd_in_Əlqaidə_ilə_əvəz_edilməsi_haqda_xəbərdarlıq_edib
Rusiyanın BMT-dəki nümayəndəsi bildirib ki, Əlqaidə terror təşkilatı Suriyada İŞİD terror təşkilatının yerini tuta bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 08:21 Asia/Baku
  • V.Nebenzya Suriyada İŞİD-in Əlqaidə ilə əvəz edilməsi haqda xəbərdarlıq edib

Rusiyanın BMT-dəki nümayəndəsi bildirib ki, Əlqaidə terror təşkilatı Suriyada İŞİD terror təşkilatının yerini tuta bilər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya dünən təhlükəsizlik şurasının iclasında deyib ki, Suriyada sülh ilə mübarizə gedişində Əlqaidə terror təşkilatı İŞİD terror təşkilatının yerini tuta bilər.

Nebenzya əlavə edib: Əlqaidə və onun müttəfiqləri İŞİD-in məğlub olması ilə Suriya böhranının dinc həlli ilə mübarizədə təşəbbüsü ələ ala bilərlər.

Bu rus rəsminin təbirincə, İŞİD-in fəaliyyətinin azalması icazə verib ki, Əlqaidə bir daha özünü tapmış olsun; xüsusən ona görə ki, bu təşkilat ayda 20-40 milyon dollarlıq maliyyə dəstəyi alır.

Rusiya nümayəndəsi bir daha xəbərdarlıq edibdir ki, Suriyadakı terror qrupları xarici yarımhökumət müəssisələrindən və ya hətta bəzi ölkələrdən silah alırlar.