ABŞ 2 Pakistan şirkətinin adını sanksiyalar siyahısına daxil edib
https://azeri.sahartv.ir/news/dünya-i321518-abŞ_2_pakistan_şirkətinin_adını_sanksiyalar_siyahısına_daxil_edib
ABŞ-ın Maliyyə Departamenti Vaşinqtonun xarici siyasəti və milli təhlükəsizliyinə zidd fəaliyyətlər bəhanəsi ilə 2 Pakistan şirkətinin adını sanksiyalar siyahısına daxil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2018 06:58 Asia/Baku
  • ABŞ 2 Pakistan şirkətinin adını sanksiyalar siyahısına daxil edib
    ABŞ 2 Pakistan şirkətinin adını sanksiyalar siyahısına daxil edib

ABŞ-ın Maliyyə Departamenti Vaşinqtonun xarici siyasəti və milli təhlükəsizliyinə zidd fəaliyyətlər bəhanəsi ilə 2 Pakistan şirkətinin adını sanksiyalar siyahısına daxil edib.

İRNA-nın məlumatına görə Pakistan mediaları bazar günü axşam ABŞ mənbələrinə istinadla "Tecnology Links Pvt Ltd" və "Techcare Services FZ" şirkətlərinin adlarının ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını bildiriblər. 

Vaşinqton bu şirkətləri raket və nüvə silahlarının istehsalında istifadə edilən məhsulları təmin etməkdə ittiham edərək, belə bir fəaliyyət üçün lisenziyanın olmasını bir zərurət adlandırıb. 

ABŞ-ın Müdafiə Nazirliyi də şənbə günü Pakistanı Vaşinqtonun regionda izlədiyi strategiyanı dəstəkləməməkdə ittiham edərək, bu ölkə üçün nəzərdə tutulmuş 300 milyon dollarlıq yardım paketini ləğv edib. 

ABŞ və Pakistan əlaqələri Trampın hakimiyyətə gəlməsindən sonra xeyli gərginləşib. Tramp Pakistanı terrorizmi himayədə ittiham edərək, bu ölkəyə olan maliyyə yardımını kəsib.