Vaşinqton onlarla çinli və rusiyalı həqiqi və hüquqi şəxsin adını sanksiyalar siyahısına saldı
ABŞ hökuməti Çinə qarşı ticarət savaşının davamında bu ölkə ordusunu Rusiyadan silah aldığı üçün sanksiyalara məruz qoyub.
Röyters-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nort cümə axşamı Çinin Müdafiə Nazirliyinin Ordu Təchizatlarının İnkişafı İdarəsinin adını Rusiyadan Su-35 qırıcıları və S-400 raket sistemləri almasına görə, sanksiyalar siyahısına daxil edildiyini bildirib.
Nort həmçinin deyib: Çinin Ordu Təchizatlarının İnkişafı İdarəsinin müdiri Li Şanq Funun adı da Rusiyanın "Rosoboronekssport" şirkətindən silah və hərbi təchizatlar aldığı üçün sanksiyalar siyahısına daxil edilib.
Bu sanksiyalara əsasən Çinin Ordu Təchizatlarının İnkişafı İdarəsinin və Li Şanq Funun Amerikadakı bütün mal varlığı və maliyyə resursları dondurulub və bu idarənin dünyanın maliyyə bazarına çıxışı məhdudlaşdırılıb.
Nort Çinə qarşı sanksiyaların tətbiq edilməsi xəbərini elan etdikdən sonra, deyib: CAATSA-ya əsasən Rusiya ordusu və xüsusi xidmət orqanları ilə əlaqəyə malik olan daha 33 şəxs və qurumun adı sanksiyalar siyahısına daxil edilib.
Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin başçısı İqor Korobov və onun müavini CAATSA əsasında adları sanksiyalar siyahısına daxil edilən şəxslərdirlər. Hazırda bu siyahıda 72 rusiyalı şəxs və qurumun adı var.
ABŞ-ın cümə axşamı adlarını CAATSA siyahısına daxil etdiyi rusiyalı şəxslər və qurumlar daha öncə ABŞ-ın digər sanksiyalarına da məruz qalmışdılar.
ABŞ prezidenti cümə axşamı Nümayəndələr Məclisi və Senatın rəhbərlərinə ünvanladığı məktubda CAATSA qanunu və sanksiyalarla bağlı digər qanunlar çərçivəsindəki səlahiyyətlərini Maliyyə Departamentinin başçısına ötürdüyünü bildirib.
Bu ilk dəfədir ki, Tramp hökuməti CAATSA qanunu əsasında üçüncü bir ölkəni silah aldığı üçün sanksiyalara məruz edir.
CAATSA qanunu "sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə" qanunudur və 2017-ci ildə Rusiya, İran və Şimali Koreyanı siyasi və iqtisadi sanksiyalara məruz etmək üçün hazırlanıb.