Avropa ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmağa hazırdır
https://azeri.sahartv.ir/news/dünya-i323656-avropa_abŞ_ın_İrana_qarşı_sanksiyaları_ilə_qarşılaşmağa_hazırdır
Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib ki, Avropa ABŞ-ın İrana qarşı bir tərəfli sanksiyaları ilə qarşılaşmağa hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2018 13:11 Asia/Baku
  • Avropa ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmağa hazırdır
    Avropa ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmağa hazırdır

Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib ki, Avropa ABŞ-ın İrana qarşı bir tərəfli sanksiyaları ilə qarşılaşmağa hazırdır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri Andrias Şider bu gün deyib: Avropa İranın enerji ticarətində ödəmələrin problemlə qarşılaşmamasına səy göstərir. 

Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib: Amerikanın ƏMTP-dən bir tərəfli şəkildə çıxması beynəlxalq təhlükəsizlik və əməkdaşlıqların xeyirinə deyil. 

Şider deyib: ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları bərpa etməsi düyna siyasətinə mənfi təsirə malikdir. 

Avstriya parlamentinin xarici siyasət komissiyasının sədri deyib: Avropa bir tərəfdən iqtisadiyyatının sanksiyadan zərər görməməsinə digər tərəfdən isə İranla ikitərəfli ödəmələrin davam etməsinə səy göstərir. 

ABŞ prezidenti Donald Tramp cari il mayın 8-də İrana qarşı əsassız ittihamlar səsləndirməklə ölkəsinin nüvə sazişindən çıxdığını elan etdi və İrana qarşı sanksiyaların bərpa olunmasını bildirdi. 

Britaniya, Fransa, Rusiya, Çin , Almaniya və Avropa Birliyi nüvə sazişinin digər tərəfləri olaraq bu beynəlxalq razılaşmaya dəstək verirlər.