Türkiyə mediası: Amerika PKK-nın narkotik maddələr istehsal etməsini himayə edir
Türkiyədə çıxan "Yeni Şafak" qəzeti yazıb: PKK ünsürləri Suriyanın şimalında öz nəzarətləri altında olan ərazilərin böyük bir hissəsini narkotik maddələr istehsalında istifadə olunan bitki növlərinin əkin yerinə çeviriblər və amerikalı qüvvələr də bu əraziləri qoruyurlar.
"Yeni Şafak" qəzeti dünən sonra yazıb: PKK qüvvələri tərəfindən ələ keçirilmiş Fəratın şərqində yerləşən Suriyanın şimal ərazilərinin böyük bir hissəsində xaşxaş və marixuana kimi bitkilər əkilib və bu ərazilərin əksər hissəsi amerikalı hərbçilərin bazalarının kənarında yerləşir.
Türkiyədəki hakim partiyaya yaxın olan bu media öz reportajında Həsəkə, Riqqə və Diyrəzzurda PKK-nın ixtiyarında olan ərazilərin keçmiş sahibləri ilə müsahibədə yazıb: Riqqədəki əkin sahələrindən 120 min hektarlıq ərazi Amerikanın himayəsi ilə PKK tərəfindən zorakılıq və təhdidlə onların əsl sahiblərinin əlindən alınıb və narkotik maddələrin yetişdirilməsi, istehsalı, paylanması və təşviq edilməsi formasında istifadə olunur.
Riqqə şəhərindəki bir neçə hektarlıq əkin sahələrinin keçmiş sahiblərindən olan Ənvər Ruşdi "Yeni Şafak" qəzetinin müxbirinə deyib: Bu məntəqələrdə vətəndaş müharibəsinin başlanmasından öncə əkin qabiliyyətinə malik olan torpaq və otlaqların bir çoxu bu gün xaşxaş və marixuana plantasiyalarına çevrilib. Suriya hökumətilə müxalif olan kürd qüvvələr də bu plantasiyalarının yaxınlığında nəzarət bazaları yaradıblar.
Türkiyə hökumətinə yaxın digər bir media-"Yeni Akıt" qəzeti də yazıb: PKK tərəfindən Suriyanın şimalında bu uyuşdurucu maddələrin əkini, yığımı, istehsalı və ixracatı tam şəkildə amerikalıların himayəsi, müşayiəti və nəzarəti ilə həyata keçirilir və istehsal edilən narkotik maddələrdən əldə olunan mənfəət amerikalı hərbçilərə və PKK-nın təxribatçılıq hərəkətlərinə xərclənir.