Avropalı diplomatlar: ABŞ-ın İrana qarşı sanksiyaları dolların zəifləməsinə səbəb olacaq
https://azeri.sahartv.ir/news/dünya-i326657-avropalı_diplomatlar_abŞ_ın_İrana_qarşı_sanksiyaları_dolların_zəifləməsinə_səbəb_olacaq
Avropalı diplomatlar ABŞ hökumətinin İrana qarşı sanksiyalarının dolların zəifləməsinə səbəb olacağını deyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 14:36 Asia/Baku
  • Avropalı diplomatlar: ABŞ-ın İrana qarşı sanksiyaları dolların zəifləməsinə səbəb olacaq
    Avropalı diplomatlar: ABŞ-ın İrana qarşı sanksiyaları dolların zəifləməsinə səbəb olacaq

Avropalı diplomatlar ABŞ hökumətinin İrana qarşı sanksiyalarının dolların zəifləməsinə səbəb olacağını deyiblər.

"Vaşinqton Eqzmayner" həftəliyinin yazdığına görə, avropalı diplomatlar ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin yaxınlaşması ilə dolların dəyərinin azalacağına dair xəbərdarlıq ediblər. 

Avropalı diplomatların dediklərinə görə, ABŞ-ın bu hərəkəti dollarsız maliyyə sistemləri barədə danışıqların sürətlənməsinə səbəb olacaq. Beləliklə, ABŞ-ın siyasəti dolların zəifləməsinə də dəyər itirməsinə gətirib çıxardacaq. 

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında İran ilə nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarını yenidən bərpa edəcəyini bildirdi. 

Trampın məqsədi 2018-ci ilin noyabr ayında kimi İranın neft satışını sıfıra endirməkdir. 

ABŞ-ın sanksiyalarına baxmayaraq, Ağ Evin qərbli müttəfiqləri belə İran ilə ticarət əlaqələrinin davam etməsini istəyirlər. İranın əsas neft müştəriləri olan Çin və Hindistan da İrandan neft idxalnı davam etdirəcəklərini bildiriblər.