Hindistan ballestik raket sınaqdan keçirib
Hindistan nüvə başlığı daşıya bilən "Agni 1" raketini Odisa vilayətinin Abdul-Kəlam adasında uğurla sınaqdan keçirib.
İRNA-nın verdiyi məlumata görə, Hindistanın müdafiə rəsmiləri bu gün bildiriblər ki, bu raketin sınaqdak keçirilməsi Hindistanın strateji qüvvələr baş qərargahı vasitəsi ilə dövrü fəaliyyətlərin bir hissəsidir.
Agni 1 raketinin uzunluğu 15 metrdir. Raket 12 ton ağırlığındadır və bir ton ağırlığında hərbi başlıq daşıya bilir.
Hindistanın silahlı qüvvələri hal hazırda 700 km məsafəni hədəfə alan Agni 1, 2 min kilometrlik hədəfi vura bilən Agni 2 və 3 min kilometrlik Agni 3 və Agni 4 raketlərinə malikdir.
Hindistanın müdafiə inkişafı təşkilatı bu ölkənin raket proqramının inkişafını həyata keçirir.
Hindistanın son raket sınağı Çin və Pakistan kimi bu ölkənin qonşularının etirazına səbəb olub.