Hindistan İran neftini "rupi" ilə alacaq
Hindistanın neft naziri İran neftinin "rupi" ilə alınacağından xəbər verib.
İRNA-nın məlumatına görə, Dharmendra Pradhan çərşənbə günü deyib: "Rupi" ilə ticarət mexanizminin bərpa edilməsi çərçivəsində tezliklə İran ilə anlaşma sənədi imzalanacaq. Bu sənəd əsasında Yeni Dehli İran ilə ticarət etmək üçün ödənişlərin edilməsində "rupi"dən istifadə edəcək.
Pradhan daha sonra deyib: Hindistanın iqtisadi maraqları region ölkələri o cümlədən İran ilə möhkəm bağlara malikdir. Yeni Dehli İrandan neft idxalı sahəsində yeni və hərtərəfli bir mexanizmdən istifadə edəcək.
Hindistanın Mərkəzi Bankı da İranın Pasarqad Bankı-nın Hindistanda filial açmasıilə razılaşıb.
Hindistanın xarici işlər naziri Suşma Suarac da bundan öncə ölkəsinin ABŞ-ın İrana qarşı sanksiyalara qoşulmayacağını və İrandan neft idxalını dayandırmayacağını demişdi.