Yan 17, 2019 19:28 Asia/Baku
  • Polşa iclasının boykot edilməsi istənildi
    Polşa iclasının boykot edilməsi istənildi

Amerika və digər ölkələrdə olan 3 min müharibə əleyhdarı petisiya imzalayaraq, Avropa ölkələrindən Polşada keçirilməli olan anti-İran konfransı boykot etmələrini istəyiblər.

Fars xəbər agentliyinin bildirdiyinə görə, ABŞ dövlət katibi Mayk Pompeonun Varşavada keçiriləcək anti-İran konfransda 70-dən çox ölkənin iştirak edəcəyinə dair iddiasının ardınca Amerika və digər ölkələrdəki müharibə əleyhdarları "Codepink" adlı müharibə əleyhdarı olan qeyri-hökumət qrupunun internet səhifəsində bir petisiya yaradaraq, Avropa ölkələrindən Pompeonun İrana qarşı propaqandasına qoşulmamalarını istəyiblər.

İndiyə kimi təqribən 3 min nəfərin imzaladığı bu petisiyada "İran üçün sülh" ifadəsinə təkid edərək, Avropa ölkələrindən 13-14 fevral tarixində ABŞ-ın təşəbbüsü ilə Polşada keçiriləcək anti-İran konfransda iştirak etməmələri istənilib.

Bu petisiyada deyilir: Bu konfransın məqsədi İran ilə qeyri-zəruri qarşıdurmaya zəmin yaratmaqdır. Halbuki, İran ilə qarşıdurma yerinə, nüvə anlaşmasına qayıtması üçün ABŞ-a təzyiq göstərilməli və  bu ölkədən İrana qarşı sanksiyalarını ləğv etməsi istənilməlidir.

Bu petisiyada həmçinin deyilir: Tramp nüvə anlaşmasından çıxmaqla İrana qarşı düşmənçilikləri artırıb və regionda böhran odunu körükləyir. İndi də Yaxın Şərqdə növbəti faciəli savaşa başlamaq istədiyini deyir.

Bu petisiyanı imzalayanlar tanınmış amerikalı ictimai xadimlər. siyasətçilər və ziyalılardırlar. Onlar Avropa Birliyindən Polşada keçiriləcək anti-İran konfransı boykot etmələrini və İranın iştirakı ilə Yaxın Şərq məsələlərinə həsr olunmuş bir başqa iclas keçirməsini istəyiblər.

Teqlər