Avropalı sənətkarlar işğal olunmuş Fələstində keçiriləcək musiqi festivalını boykot ediblər
https://azeri.sahartv.ir/news/dünya-i334188-avropalı_sənətkarlar_işğal_olunmuş_fələstində_keçiriləcək_musiqi_festivalını_boykot_ediblər
Avropada musiqi sahəsində fəaliyyət göstərən çoxlu sayda sənətkar işğal olunmuş Fələstində keçiriləcəyinə görə, Avroviziya musiqi yarışmasında iştirakı boykot edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2019 07:35 Asia/Baku
  • Avropalı sənətkarlar işğal olunmuş Fələstində keçiriləcək musiqi festivalını boykot ediblər

Avropada musiqi sahəsində fəaliyyət göstərən çoxlu sayda sənətkar işğal olunmuş Fələstində keçiriləcəyinə görə, Avroviziya musiqi yarışmasında iştirakı boykot edibdir.

Londonda çıxan Qardian qəzetinin məlumatına görə, dünyadakı musiqi qrupları və şəxsiyyətlərindən bir çoxuna şamil olan bu sənətkarlar illik Avroviziya musiqi yarışmasının işğal olunmuş Fələstində keçirilməsini pisləyərək, onu boykot ediblər.

Qardian bu istiqamətdə Vivyen Vestvud, Piter Qabriel və Mayk Li-nin adlarını sadalayıb. Bildirib ki, bu incənət xadimləri digər sənətçilərlə yanaşı müştərək bir məktub imzlayaraq, BBC kanalından işğal olunmuş Fələstində keçirilməsinə görə, illik Avroviziya musiqi yarışmasının televiziya ilə yayımlanmasını ləğv etməsini istəyiblər.

Bu məktubun bir hissəsində deyilir: Ola bilsin, Avroviziya yüngül bir əyləncə olmuş olsun, amma insan haqları mülahizələrindən müstəsna deyildir və sionist rejimin fələstinlilər barədə insan haqlarını mütəşəkkil şəkildə pozmasına göz yuma bilmərik.

Qardian-ın yazdığına görə, həmçinin çoxlu sayda İngiltərə vətəndaşı BBC-nin Londondakı binası önünə toplaşıb. Onlar Avroviziya musiqi yarışmasının bu telekanaldan yayılmasının ləğv edilməsini istəyiblər.

“Avroviziya-2019” musiqi yarışması mayın 14-dən 18-dək işğal olunmuş Fələstinin mərkəzi- Təl-Əvivdə keçirilməlidir.