Fev 18, 2019 11:08 Asia/Baku
  • Almaniya İŞİD-çilərin Avropaya qayıdışından nigarandır
    Almaniya İŞİD-çilərin Avropaya qayıdışından nigarandır

Almaniyanın xarici işlər naziri deyib: Məhbus İŞİD-çiləri Avropa ərazisində qəbul etmək çətindir.

Almaniya xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya XİN rəhbəri Hayko Mas ABŞ prezidentinin İŞİD-çi məhbusların Avropada qəbul edilməsinə dair çağırışına cavab olaraq deyib: Bu adamların qəbul edilməsi son dərəcə çətin olacaq. 

Hayko Mas deyib: Avropa rəsmiləri məhbus İŞİD-çilərin qaytarılması ilə razılaşmaq üçün cinayət araşdırmaları və informasiyalarına ehtiyaclıdır və bu tələbi yerinə yetirmək çox çətindir.

Tramp şənbə günü Tvitterdə Almaniya, Fransa, Britaniya və digər avropalı müttəfiqlərini ABŞ tərəfindən Suriyada həbs edilmiş 800-dən çox İŞİD üzvünü qəbul etməyə çağırıb. 

Tramp əks təqdirdə onları buraxmaq məcburiyyətində qalacağını bildirib. 

Teqlər