İngiltərə tankerinin müsadirə olunması İranın gözlənilən və qarşılıqlı cavabı idi
https://azeri.sahartv.ir/news/dünya-i344739-İngiltərə_tankerinin_müsadirə_olunması_İranın_gözlənilən_və_qarşılıqlı_cavabı_idi
Amerikanın yüksək rütbəli hərbi rəsmisi İngiltərə tankerinin Fars Körfəzi sularında müsadirə olunmasını İngiltərə qüvvələrinin Cəbəlüttariq-də İran tankerini müsadirə etmələrinə İranın gözlənilən və qarşılıqlı cavabı adlandırıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 21, 2019 10:19 Asia/Baku
  • İngiltərə tankerinin müsadirə olunması İranın gözlənilən və qarşılıqlı cavabı idi
    İngiltərə tankerinin müsadirə olunması İranın gözlənilən və qarşılıqlı cavabı idi

Amerikanın yüksək rütbəli hərbi rəsmisi İngiltərə tankerinin Fars Körfəzi sularında müsadirə olunmasını İngiltərə qüvvələrinin Cəbəlüttariq-də İran tankerini müsadirə etmələrinə İranın gözlənilən və qarşılıqlı cavabı adlandırıb.

Amerika ordusunun baş kəşfiyyat komandanı Robert Aşley Koloradoda keçirilən Aspen təhlükəsizlik iclasında deyib: İngiltərə tankerinin İran qüvvələri tərəfindən müsadirə olunması İran tankerinin Cəbəlüttariq-də müsadirə edilməsindən sonra gözlənilirdi.

O, əlavə edib: İki tərəf elə bir şəraitdədir ki, sırf qarşılıqlı addımlar ardıncadır və hərçənd onların heç biri savaş niyyətində deyil, amma eyni zamanda güc nümayiş etdirmək ardıncadır.