İyul 26, 2019 08:25 Asia/Baku
  • Moskva Ukraynanın rus tankeri müsadirə etməsinə reaksiya verib

Rusiya xarici işlər nazirliyi xəbərdarlıq edib ki, əgər Ukrayna müsadirə olunmuş tankerin rus dənizçilərini girov götürərsə, Moskva dərhal cavab addımı atacaqdır.

Rusiya xarici işlər nazirliyi dünən bildirib ki, əgər Ukrayna Rusiya tankerini müsadirə etməklə bu ölkə vətəndaşlarını girov götürərsə, bu, beynəlxalq qanunların həyasıcasına pozulması demək olacaq və təcili nəticələr verəcəkdir.

Rusiya xarici işlər nazirliyi əlavə edib: Moskva rus tankerin müsadirəsi və onun ekipaj üzvlərinə qarşı ittihamlar barədə artıq detallar aldıqdan sonra öz reaksiyası haqda qərar çıxaracaqdır.

Rusiya dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov da Ukraynanın rus tankeri müsadirə etməsini tamamilə qanunsuz adlandırıb və bildirib ki, əgər Kiyev Moskva ilə münasibətlərini bir az yaxşılaşdırmaq istəyirsə, tez bir zamanda tankeri azad etməlidir.

Ukrayna təhlükəsizlik xidməti- SBU, dünən bir bəyanatda bildiirib ki, ötən ilin noyabr ayında Kerç boğazında ukraynalı katerlərin yolunu kəsməsi ittihamı ilə Odessa məntəqəsində "NEYMA" tipli bir rus tankeri müsadirə edibdir.

2018-ci ilin noyabrında Ukraynanın "Yani Kapu" yardım kateri, həmçinin "Nikopol" və "Berdyansk" tipli toplu katerlər Kerç boğazında Krım yarımadası ilə Rusiyanın dəniz sərhədindən keçərkən Rusiya bu ukraynalı katerləri müsadirə edərək, onların 24 ekipaj üzvünü həbs etdi.

Teqlər