Paris sakinləri çaş-baş qalıblar
https://azeri.sahartv.ir/news/dünya-i348476-paris_sakinləri_çaş_baş_qalıblar
Paris sakinləri şəhər nəqliyyatı işçilərinin və on metro xəttinin tətili, dəmiryolu xətləri və avtobus marşrutlarında pozuntular nəticəsində gediş-gəliş problemi ilə üzləşiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2019 15:20 Asia/Baku
  • Paris sakinləri çaş-baş qalıblar

Paris sakinləri şəhər nəqliyyatı işçilərinin və on metro xəttinin tətili, dəmiryolu xətləri və avtobus marşrutlarında pozuntular nəticəsində gediş-gəliş problemi ilə üzləşiblər.

Tətil nəticəsində cümə günü hərəkət və gediş-gəliş Paris sərnişinləri üçün hərc-mərcliklə yanaşı olubdur.

Bu tətil 2007-ci il ümumölkə tətilindən bəri Fransanın hökumət nəqliyyat sistemində ən iri ümumi səfərbərlikdir.

Tətilçilər təqaüd imkanlarının azaldılmsıs planına etiraz edirlər. Makron hökuməti 42 müxtəlif təqaüd sistemini vahid bir sistem formasına gətirmək niyyətindədir.