Amerika rəsmən Paris müqaviləsindən çıxdı
ABŞ dövlət departamentinin bildirdiyinə görə, Vaşinqton rəsmən BMT-yə bildirib ki, Paris iqlim müqaviləsindən çıxıbdır.
ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqos dünən bir açıqlamada Paris iqlim dəyişiklikləri müqaviləsindən çıxış prosesinin başlanmasına toxunaraq, iddia edib ki, havanın çirklənməsi və istixana qazları istehsalını azaltmaları üçün müttəfiqlərinə kömək edən məhz Amerikadır.
Dünyanın 195 ölkəsi 2015-ci il dekabrın 12-də BMT-nin iqlim dəyişiklikləri üzrə 21-ci konfransında yerin istiləşməsini məhdudlaşdırmaq və daha çox fosil enerjilərdən mənşə alan dünyadakı istixana qazlarının yayılmasını azaltmaq hədəfilə Paris müqaviləsini imzaladılar.
Bu ölkələr yerin temperaturunu 1,5 selsi qədər azaltmaq barədə öhdəlik götürüblər və bu müqavilə 2016-cı il noyabrın 4-də icra olundu, amma Vaşinqton digər müqavilələr kimi 2017-ci il iyunun birində Paris iqlim dəyişiklikləri müqaviləsindən çıxdı, halbuki Ameikanın özü istixana qazlarının ən böyük istehsalçısıdır.