Avropa üçlüyü İranın 4-cü addımından narahatdır
İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirləri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi özlərinin nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmamalarına işarə etmədən birgə bəyanat yayaraq, İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımı atmasından nigarançılıq ifadə ediblər.
Bəyanatda deyilir: Nüvə anlaşmasının avropalı tərəfləri İranın Fordo təsisatlarında uran zənginləşdirməsini bərpa etmək üzrə son addımından nigarandırlar.
Avropa üçlüyü nüvə anlaşmasının onun bütün tərəfləri vasitəsilə tam və təsirli icrasının önəmini vurğulayıb, lakin eyni zamanda, bildiribdir ki, İran anlaşma ilə uyuşmayan addımlar atmaqdan uzaqlaşsın.
Nüvə anlaşmasının avropalı tərəfləri həmçinin İrandan istəyiblər ki, bu anlaşmadakı öhdəliklərinə uyğun olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə, xüsusən Əhatəli Müahidə Sazişi və Əlavə Protokol çərçivəsində əməkdaşlıq etsin.
Avropa üçlüyü iddia edibdir ki, İrana qarşı sanksiyaların ləğvi daxil olmaqla özünün bütün öhdəliklərinə sadiq qalır.
İran Amerikanın nüvə anlaşmasından birtərəfli və qanunsuz şəkildə çıxmasından bir il və Avropanın ABŞ-ın bu hərəkəti qarşısında təklif etdiyi iqtisadi həll yollarının faydasız olmasının sübut edilməsindən sonra 2019-cu il mayın səkkizində bildirdi ki, anlaşmanın 26 və 36-cı maddələrinə əsasən, anlaşmadakı öhdəliklərinin bir hissəsini dayandırır.