Dek 09, 2019 10:50 Asia/Baku
  • Amerikalı rəsmi: Trampa qarşı möhkəm dəlillərə malikik
    Amerikalı rəsmi: Trampa qarşı möhkəm dəlillərə malikik

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin sədri bildirib ki, onun başçılıq etdiyi komitə ehtimal üzrə cari həftədə bu ölkənin prezidenti Donald Trampın impiçmenti barədə səsvermə aparacaq.

Cerri Nadler bildirib ki, ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi Ukraynageyt işinə qarşı möhkəm dəlillərə malikdir. O, deyib ki, onun fikrincə, əgər Trampın impiçmenti bir məhkəmənin münsiflər heyətinə həvalə edilərsə, üç dəqiqədən az bir müddətdə ABŞ prezidentinin məhkumluq hökmü veriləcəkdir.

500 amerikalı hüquqşünas da şənbə günü bu ölkə konqresinə məktubda Trampın rəftar və fəaliyyətini bu ölkənnin əsas qanununa görə, xəyanət və impiçmentediləsi adlandırıb.

Tramp bu günlər Ukraynageyt rüsvayçılığı ilə əlbəyaxadır.

Demokratlar bu qənaətdədirlər ki, bu ölkə prezidentinin bu günədək atdığı addımlar ciddi surətdə Amerika konstitusiyasını pozubdur.