Rusiyadan Ermənistana maliyyə yardımı
https://azeri.sahartv.ir/news/dünya-i357855-rusiyadan_ermənistana_maliyyə_yardımı
Rusiyanın İrəvandakı səfirliyinin attaşesi bu ölkənin Ermənstana 8,2 milyon dollarlıq maliyyə yardımından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2020 15:36 Asia/Baku
  • Rusiyadan Ermənistana maliyyə yardımı
    Rusiyadan Ermənistana maliyyə yardımı

Rusiyanın İrəvandakı səfirliyinin attaşesi bu ölkənin Ermənstana 8,2 milyon dollarlıq maliyyə yardımından xəbər verib.

Dmitri Stepanov deyib: Bu maliyyə yardımı BMT fəaliyyətləri çərçivəsində Ermənistanın iki vilayətinin inkişafına ayrılıb.

Rusiyanın İrəvandakı səfirliyinin attaşesi əlavə edib: Bu maliyyə yardımı ilə “Geğarkunik” və “Vayots Cor” vilayətlərindəki sərhəd bölgələrində “Sərhəd bölgələrində əhatəli iqtisadi inkişiafa dəstək” adlı yeni layihə icra olunacaq.

Bu rus diplomat bildirib ki, Rusiya Ermənistanda BMT layihələrinin icrasına böyük önəm verir və onların icrasında öz payını ifa edir. O, qeyd edib ki, bu layihənin icrası 2020-ci ilin martında başlanacaq.