ABŞ və Rusiya arasında yeni gərginlik
May 13, 2020 18:26 Asia/Baku
ABŞ koronavirusla mübarizə çərçivəsində Rusiyadan aldığı süni tənəffüs aparatlarını geri qaytarmaq qərarı alıb
SəhərAzəei xarici mənbələrə istinadən bildirir, buna səbəb kimi aparatlardakı texniki nasazlıqdan dolayı Rusiyada xəstəxanada yanğın baş verməsi göstərilib.
Federal Fövqəladə İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi Rusiyadakı yanğınlardan sonra aparatların təhlükəsizliyi məsələsində ehtiyatla davrandıqlarını, bu səbəbdən aparatları geri göndərəcəklərini açıqlayıb.
Rusiya tərəfi isə cihazların ABŞ-a göndərilmədən öncə ciddi yoxlanışdan keçirildiyini bildirib.
Qeyd edək ki, ötən həftə Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada süni tənəffüs cihazındakı texniki nasazlıq səbəbindən baş verən yanğınlar zamanı 6 xəstə ölüb.