13 nəfər yaralanıb
ABŞ-da daha bir silahlı insident
May 17, 2020 21:13 Asia/Baku
Bu gün İllinoy ştatında baş verən insidentdən sonra, ABŞ-da daha bir silahlı hücum qeydə Alınıb.
ABŞ-ın Luiziana ştatında anım mərasimi zamanı silahlı insident baş verib.
SəhərAzəri RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “WAFB9” yerli telekanalı məlumat yayıb.
Hadisənin şənbə günü Boqalusa şəhərində qeydə alındığı bildirilir.
Yerli vaxtla saat 21.00-da şəhərdə atışma barədə polisə zəng daxil olub. Hadisə yerinə gələn polis ərazidə güllə yarası almış bir neçə nəfərin olduğunu aşkarlayıb.
Telekanalın məlumatına görə, atışma zamanı 13 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.