May 18, 2020 13:22 Asia/Baku
  •  ABŞ-dakı mövcud iqtisadi vəziyyət bərbaddır

Amerikalı senator Berni Sanders ABŞ-da yaranmış iqtisadi böhranın dərinləşməsinə görə birbaşa ölkə başçısının məsuliyyət daşıdığı bildirib.

SəhərAzəri xəbər verir, ABŞ-ın hazırkı iqtisadi durumunu tənqid edən senator Berni Sanders prezident Donal Trampın koronavirus pandemiyasının öhdəsindən gələ bilmədiyini önə çəkib.

Bir müddət öncə Co Baydenin namizədliyini dəstəklədiyini açıqlayan ABŞ-ın solçu senatoru Berni Sanders həmçinin öz Tvitter hesabında ​​yazıb: "Təxminən 40 milyon amerikalı işsiz kimi qeydiyyatdan keçib. Amma bununla belə milyarderlər sinfi öz sərvətlərini yüz milyardlarla dollar artırıb. Bu böhranlı şəraitdə milyarderlərin daha da zənginləşməsi iqtisadiyyatımızın pərdəarxasından idarə olunması deyilsə bəs nədir?!"

Qeyd edək ki, Donald Trampı ABŞ tarixindəki "ən təhlükəli" prezident adlandıran Berni Sanders namizədliyini geri götürməzdən öncə Co Baydenin əsas rəqibi hesab edilirdi. Amma bir neçə ştatda partiyadaxili seçkiləri Baydenə uduzan Sanders namizədliyini geri çəkərək bundan sonra Amerikanı - onun ifadəsi ilə desək- "Tramp bəlası"ndan qurtarmaq üçün Co Baydeni dəstəkləyəcəyini bildirib.

Teqlər